Bu qadını görənlər dərhal polisə xəbər versin

Milli.Az xəbər verir ki, 32 yaşlı Xəzər rayon sakini Aygün Həsənova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

A.Həsənovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu. Evdən çıxarkən əynində qara rəngli şalvar və qara rəngli jaket olub.

Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31