İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları Ağdərədə kütləvi məzarlıqda olublar
10 Oktyabr 12:57 SosialAğdərəyə səfər edən itkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları kütləvi məzarlıqda olublar.
Olaylar.az xəbər verir ki, konfrans iştirakçılarına Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarını göstəriblər.
Məlumat verilib ki, ərazi Birinci Qarabağ müharibəsi zamanı döyüş mövqeyi olub. Ermənistan dövləti müharibə qanunlarına zidd gedərək meytleri təhvil verməyib. Eyni zamanda qaydalara uyğun dəfn edilməyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31