HDQ komandanı Rusiyada Xəzər dənizində regional təhlükəsizlik müzakirələrində iştirak edib (FOTO)

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının görüşü keçirilib.

Olaylar bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Respublikası HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə Xəzər dənizində regional təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı, birgə təlimlərin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bununla yanaşı, tədbir çərçivəsində hidroqrafiya sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb, Xəzər dənizində naviqasiya təhlükəsizliyinin artırılması, hidroqrafik məlumatların mübadiləsi və birgə tədqiqatların təşkili imkanlarına diqqət yetirilib.

Görüşdə, həmçinin Xəzəryanı ölkələr arasında qarşılıqlı etimadın və dənizdə təhlükəsizliyin artırılması məqsədilə əməkdaşlıq formatlarının genişləndirilməsi barədə geniş müzakirə aparılıb.

HDQ komandanı Rusiyada Xəzər dənizində regional təhlükəsizlik müzakirələrində iştirak edib (FOTO)

HDQ komandanı Rusiyada Xəzər dənizində regional təhlükəsizlik müzakirələrində iştirak edib (FOTO)
HDQ komandanı Rusiyada Xəzər dənizində regional təhlükəsizlik müzakirələrində iştirak edib (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31