Ətraf mühitin sanitariya-gigiyenik vəziyyəti necə izlənilir? - Ekspert AÇIQLADI
11:03 Sosial"Ətraf mühitin sanitariya-gigiyenik vəziyyətinin izlənməsi dövlətin ictimai sağlamlığın qorunmasına yönəlmiş əsas funksiyalarından biridir. Bu nəzarəti Sanitariya-Epidemioloji Xidmət və ya onun regional strukturları həyata keçirir".
Olaylar.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində açıqlayıb.
Onun sözlərinə görə, bu proses monitorinq və laborator analizlər üzrə aparılır:
"Hava, su və torpaq nümunələri mütəmadi olaraq götürülür, onların bakterioloji, kimyəvi və radioloji müayinələri aparılır. Məqsəd şəraiti obyektiv qiymətləndirmək və sanitariya vəziyyətini yaxşılaşdırmaqdır. İçməli suyun keyfiyyətli və təhlükəsizliyi, ölkənin şəhər və kəndlərindəki su anbarları, su təmizləyici qurğular və su şəbəkələri yoxlanılır. Suyun kimyəvi, bakterioloji və digər göstəriciləri laboratoriyada müayinəsi aparılır".
S.Nəcəfova bildirib ki, atmosfer havasını çirkləndirən zərərli fiziki amilləri (səs-küy və vibrasiya) laborator şəraitdə yoxlanılır:
"Dövlət müəssisələrində də, həmçinin sanitariya nəzarəti həyata keçirilir. Məktəblər, uşaq bağçaları, tibb müəssisələrində sanitariya-gigiyenik vəziyyəti və burada sanitariya-gigiyenik normalara uyğunluq yoxlanır. Bunlar su təminatı, tullantıların idarə olunması, dezinfeksiya tədbirləri və s. tədbirlərdir. Əhalinin sağlamlıq göstəriciləri-yoluxucu xəstəliklərin yayılma statistikası təhlil olunur.
Bunlar hamısı Qanunvericilik və normativ sənədlərə əsaslanaraq həyata keçirilir. Normativlərə əməl olunmayan hallarda inzibati tənbehvermə tətbirləri tətbiq olunur (cərimə, fəaliyyətin dayandırılması və s.)".