Atası Cabir İmanovun vəhhabi olması ilə bağlı iddialara cavab verdi
13:20 SosialƏməkdar artist Cabir İmamovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov oğlunun vəhhabi olması barədə iddialara reaksiya göstərib.
Qorxmaz İmanov Teleqraf-a açıqlamasında bildirib ki, bu məsələ haqqında danışmaq istəmir:
"Mən matəm içindəyəm. Bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistərdən bizi narahat etməməyi xahiş edirəm".
Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Onun 49 yaşı vardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31