Sentyabr ayında 8 aptekdə nöqsanlar aşkarlandı

Cari ilin sentyabr ayında apteklərdə aparılmış yoxlamaların nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, qeyd olunan dövr ərzində ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

Onlardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunüb. İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31