31 ifaçı Aygün Kazımovanın mahnılarını oxudu
13:03 SosialYaradıcılığı boyu yeniliklərə imza atan Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində daha bir ilkə imza atıb. Pop diva bu dəfə 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib.
Olaylar.az xəbər verir ki, ölkənin əsas ulduzu bunun üçün 31 sənət nümayəndəsini bir araya toplayıb.
Aralarında xalq, əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər pop kraliçanın repertuarından əfsanəyə çevrilən əsərləri ilə yanaşı, dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.
"Best of Aygun - All stars" adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb.