Elm və təhsil naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək
15:12 SosialElm və təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri oktyabrın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 2 və 146 - 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31