Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışlarına start verilib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları  başlayıb. Yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur. Yarışı şəhərin sakinləri, Qarabağ  Universitetinin tələbələri, media nümayəndələri izləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31