Özbəkistan nümayəndə heyəti üçün növbəti mediatur təşkil olunub (FOTO)

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna, Palçıq Vulkanları Turizm Kompleksinə və Sumqayıt Sənaye Parkına mediatur təşkil edilib.

Olaylar.az xəbə verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, mediatur çərçivəsində qonaqlar ilk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər. Onlara qoruğun tarixi əhəmiyyəti, qədim qayaüstü rəsmlərin xüsusiyyətləri, burada aparılan arxeoloji tədqiqat işləri barədə məlumat verilib. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustan qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.

Sonra qonaqlar Palçıq Vulkanları Turizm Kompleksini gəziblər. Burada onlara vulkanların geoloji xüsusiyyətləri, müalicəvi və turistik potensialı barədə məlumat verilib. Qonaqlara bildirilib ki, 12 hektar ərazidə salınmış Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür.

Sumqayıt Sənaye Parkında olan mediatur iştirakçılarına burada fəaliyyət göstərən müəssisələr, tətbiq olunan innovativ texnologiyalar barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31