Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır

2025-2026-cı tədris ili üzrə 02 oktyabr 2025-ci il, saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.

Olaylar.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31