Qarabağ Universitetində üç fakültə binası inşa ediləcək - 1,4 milyonluq LAYİHƏ
08:27 SosialQarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb.
Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir.
Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31