Atasının yolunu davam etdirən qəhrəman dörd medala layiq görülüb

Azərbaycanın ən yeni tarixi 44 günlük Vətən müharibəsinin parlaq Zəfəri ilə tamam başqa bir mərhələyə qədəm qoydu. Bu müharibə yalnız işğal altındakı torpaqlarımızın azad olunması deyildi. Bu müharibə - tarixə həkk olunmuş ədalətin bərpası, milli ruhun dirçəlişi, illərlə çəkilən iztirabların sonu və yeni bir dövlətçilik fəlsəfəsinin başlanğıcı idi. Ermənistanın ifrat millətçilik siyasəti, "dənizdən-dənizə Ermənistan" xülyası, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətləri və 30 ildən artıq davam edən işğal siyasəti regionu daim müharibə təhlükəsi altında saxlamışdı. Prezident İlham Əliyev bu reallığı illər öncə belə ifadə etmişdi: "Əgər danışıqlar nəticə verməsə, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcək." Ermənistan rəhbərliyinin "Qarabağ Ermənistandır" kimi məsuliyyətsiz bəyanatları münaqişəni danışıqlar masasında həll etmək imkanlarını tam məhv etdi. Beləliklə, müharibə qaçılmaz oldu və Azərbaycan haqq savaşına başladı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi idi.
27 sentyabr 2023-cü ildə başlanan antiterror əməliyyatında qəhrəmanlıq göstərən igidlərimiz var ki, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Belə qəhrəmanlardan biri də Ərənlər kəndi olan Bozərən kəndində anadan olmuş atasının yolunu davam etdirən  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  XTQ-nun  baş -leytenantı  Hünbətov Pərviz Çingiz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə təltif olunub. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Şuşa və Xocavənd şəhərlərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş  "Şuşanın  və Xocavəndin  azad olunmasına görə" medalı ilə təltif edilib.   
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Xocəvəndin, Şuşanın və Cəbrailin işğaldan azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Döyüşdə fərqləndiyi və göstərdiyi şücayətə görə ona döyüş zamanı baş leytenant hərbi rütbəsi verilmişdir.
     19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı düşmənin iki adsız yüksəkliyini və strateji əhəmiyyətli iki postunun 16 dəqiqəyə əldə edilməsində qrup komandiri kimi döyüşü həyata keçirən baş leytenant Hünbətov Pərviz şəxsi heyət arasında itki vermədən onunla birlikdə 3 nəfər hərbi qulluqçu yaralanmışdır. Bu əməliyyatı Müdafiə Nazirliyi rəsmi təsdiq etmişdir. 
 Azərbaycan Respublikası Prezidentinin 07 noyabr  2023-cü il tarixli Sərəncamı ilə  "İgidliyə görə" medalı ilə və kapitan rütbəsi ilə təltif edilmişdir.  
  Kapitan Pərviz Hünbətov eyni zamanda, Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31