"Həmin qızların günahkarı analarıdır"

Müğənni Nadir Qafarzadə qalmaqallı açıqlama verib.

Olaylar xəbər verir ki, sənətçi gənclərin sosial şəbəkələrdə oyun çıxarmalarına sərt reaksiya verib.

Nadir sözügedən məsələdə uşaqların analarını qınayıb:

""Bu gün gəncliyimiz TikTok-da itib-batır. Hoqqa verirlər orada, olmaz. Ən çox da günahkar kimdir? Analar" Biz kişilər səhər papağımızı qoyub, hələ o da varsa, gedirik pul qazanmağa. Evdə uşaqla kim qalır? Anası. Əziz, gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı TikTok-dan, instaqramdan ayırın. Vaxtı gələndə oradan istifadə edəcəklər. Qızlara oğlan kimi rəqs elətdirirlər. Qoyun, qızlarımız xanım kimi böyüsünlər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31