Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq
16:26 Sosial24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində - A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.
Bu barədə Olaylar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
Bildirilib ki, sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
"Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik",- deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31