Metronun “Xalqlar dostluğu” stansiyasında qatarda texniki nasazlıq yaranıb

"Metronun "Xalqlar dostluğu" stansiyasında bir qatarda texniki nasazlıq yaranıb".

Olaylar xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə "Nərimanov" elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb:

"Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub",-əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31