Bu il birinci sinfə qəbul olunan oğlan və qızlar arasında kəskin fərq - RƏSMİ AÇIQLAMA

Son illər birinci sinfə qəbul edilən oğlan və qızların sayı açıqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə birinci sinfə qəbul olunan şagirdlərin 60 879 nəfəri qız, 69 581 nəfəri isə oğlandır.

Məktəbəhazırlıq qruplarına qəbul olunanların isə 40 180 nəfəri qız, 45 494 nəfəri oğlan təşkil edir.

Qeyd edilib ki, 2024-2025-ci tədris ilində isə birinci sinfə qəbul edilənlərdən 62 839 nəfəri qız, 71 731 nəfəri oğlan olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31