“Sağlam Qaraciyər – Sağlam Həyat Deməkdir” layihəsinə start verildi
22 İyul 14:50 SosialAzərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar" İctimai Birliyi tərəfindən icra edilən "Sağlam Qaraciyər - Sağlam Həyat Deməkdir" layihəsinə rəsmi olaraq start verildi.
Layihənin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviqi, qaraciyər xəstəliklərinin qarşısının vaxtında alınması və erkən diaqnostikanın əhəmiyyətinin vurğulanmasıdır.
Çərçivədə keçiriləcək maarifləndirici təlimlər, sağlam qidalanma və aktiv həyat tərzi kampaniyaları, sosial çarxlar və müxtəlif maarifləndirici materiallar gənclərin düzgün seçimlər etməsinə kömək edəcək.
Bu təşəbbüsün həyata keçirilməsi gənclərin sağlam gələcək qurmasına dəstək olmaqla yanaşı, cəmiyyətin sağlamlıq mövzusunda məlumatlılığının artırılmasına da xidmət edəcək.