Allergiya nədən yaranır- ÖZƏL
19:48 Sosialİmmunoloq-allerqoloq Nadejda Logina RT-yə müsahibəsində bildirib ki, allergiyaya meylli insanlarda xəstəlik immun sisteminə təsir edən mənfi amillərin təsirindən yarana bilər. Olaylar.az bildirir ki, onun sözlərinə görə, allergik xəstəliklər çox vaxt genetik meylli olur. "Bu o deməkdir ki, xəstəliyin riski artır, lakin bunun özünü göstərməsi üçün immun sistemimizə təsir edən təhrikedici mənfi amillər olmalıdır", - deyə həkim bildirib. Loginanın sözlərinə görə, bu amillərə ətraf mühitə atılan tullantılar, pəhriz, məhsullardakı konservantlar və boyalar, dərmanların, xüsusən də antibiotiklərin, immunomodulyatorların və kortikosteroidlərin nəzarətsiz istifadəsi daxildir. Bundan əlavə, immun sisteminə zərərli təsir göstərən emosional stress də təhrikedici amil ola bilər, deyə həkim qeyd edib. Bundan əvvəl Logina bildirib ki, hərarətin olmaması və simptomların uzun müddət davam etməsi mövsümi allergiyanı soyuqdəymədən fərqləndirən əsas əlamətlərdir.
İbrahim Məmmədli