Sentyabrın 16-da qaz kəsiləcək - Bu ərazilərdə

18:53

Sabah İmişlinin iki kəndinin qaz təchizatında fasilə yaranacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərini təbii qazla təmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərində kipliyin sınağı məqsədi ilə əlaqədar sabah saat 11:00-dan etibarən sınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində (ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

--------
15:30

Sumqayıt şəhərinin bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində 57 mm-lik qaz xəttində yaranan sızmanın aradan qaldırılması ilə əlaqədar 550 abonentin qaz təchizatı saat 16:00-dan etibarən işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31