Azərbaycanda "Bilik Günü"nün havası açıqlandı - RƏSMİ

Sentyabrın 15-i "Bilik Günü"ndə hava əsasən yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

"Lakin sentyabrın 14-dən 15-ə keçən gecə yarımadanın bəzi yerlərinə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın maksimal temperaturu 22°-25° isti olacaq.

Bölgələrdə, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gündüz saatlarında əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu Aran rayonlarında 22°-26°, dağlıq ərazilərdə isə 8°-13° isti olacaq", - G.Məmmədova əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31