3 uşağına görə aliment ödəməyən şəxs məhkəmə zalında həbs edildi
19:10 SosialSiyəzəndə 3 uşağına görə aliment ödəməyən şəxs məhkəmə zalında həbs edilib.
Musavat.com xəbər verir ki, 39 yaşlı Məcidov ailəsindən ayrıldıqdan sonra məhkəmə qərarı ilə təyin edilmiş alimenti ödəməyib.
3 uşaq atası Məcidovun alimentə görə yaranmış borcu 9 min manat olub.
Hazırda bu məbləği ödəyə bilmədiyini deyən Məcidov məhkəməyə bildirib ki, ailəsinə məxsus torpaq sahəsini sataraq alimenti ödəyə bilər. Lakin əlavə edib ki, torpaq sahəsi satılmır.
Məcidovun keçmiş xanımı isə bildirib ki, uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilmir. Onun sözlərinə görə, keçmiş ərinin atasına məxsus xeyli sayda heyvanlar var:
"Həmin heyvanları sataraq ödənişi edə bilər. Uşaqların məktəb ləvəzimatlarını, ehtiyaclarını qarşılaya bilmirəm".
A.Quliyeva alimenti ödəməyəcəyi təqdirdə keçmiş ərinin həbs edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə aliment borcunu ödəməyən Məcidov barəsində 9 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məcidov məhkəmə zalında həbs edilib.