Şuşa məktəbində məktəbəhazırlıq qrupunun ləğv edilməsinin səbəbi açıqlandı - RƏSMİ

Qarabağ Regional Təhsil İdarəsindən Şuşa rayon 9 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupunun ləğvinin səbəbi açıqlanıb.

İdarədən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq sayı kifayət etmədiyindən məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması mövcud tələblərə uyğun olmayıb:

"Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, şəhərlərdə yerləşən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün - ən azı 15 uşaq olmalıdır.

Qeyd edilən Şuşa rayon 9 nömrəli tam orta məktəbdə məktəbəhazırlığa cəlb edilməsi üçün cəmi 5 nəfərin müraciəti qeydə alınıb. Uşaq sayı kifayət etmədiyindən məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması mövcud tələblərə uyğun olmayıb".

Eyni zamanda vurğulanıb ki, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.

"Hansısa təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərmirsə, valideynlər digər məktəblərə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31