Xocalının Şuşakənd kəndinə ilk köç oldu

Sentyabrın 11-də Xocalının Şuşakənd kəndinə ilk qayıdış oldu.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, "Böyük Qayıdış" proqramı çərçivəsində ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün  qayıdıb. Bu gün mənzillərin açarları ailələrə təqdim edilib. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə  müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub. Bununla yanaşı sosial obyektlərin fəaliyyətə başlaması üçün də  zəruri şərait yaradılıb.Tədbirdə  çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi dönüş münasibətilə təbrik edib, onlara doğma torpaqlarında firavan və əmin-amanlıq içində yaşamalarını arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31