"Məktəbəqədər təhsil müəssisələrində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur" - Emin Əmrullayev

"Son 12 ildə 1-5 yaşlıların məktəbəqədər təhsillə əhatəliyi 27 faiz yüksəlib". 

Olaylar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu göstərici 2013-cü ildə 13 faiz, 2018-də 26.7, 2022-də 32 faiz, 2025-də isə 40 faiz olub.

Həmçinin, nazir qeyd edib ki, cari tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. O bildirib ki, 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31