Toksikoloq təhlükəli ət növlərini açıqladı - ÖZƏL
20:39 SosialEmal olunmuş ət məhsulları - kolbasa, sosiskalar və bekon mütəmadi istifadə edildikdə sağlamlıq üçün ciddi təhlükə yaradır. Olaylar.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya toksikoloq Mixail Kutuşov məlumat verib. Mütəxəssisin sözlərinə görə, sənaye üsulu ilə emal zamanı əlavə edilən duz, nitritlər və konservantlar xərçəng, xüsusilə də bağırsaq xərçəngi riskini artırır. Bundan başqa, belə məhsullar piylənmə və II tip şəkərli diabetin inkişafına səbəb ola bilər. Qırmızı ətin həddindən artıq istifadəsi isə xolesterinin yüksəlməsinə və damarların aterosklerotik dəyişikliklərinə gətirib çıxarır.
Kutuşov əlavə edib ki, qaraciyər, böyrək və bağırsaqlara düşən əlavə yük də risk faktorudur. Həkim daha sağlam alternativlər seçməyi tövsiyə edib - dərisiz toyuq və ya hinduşka əti, qızartma üsulundan istifadə etmədən hazırlanmış yeməklər, həmçinin yüksək qida dəyərinə malik olan və həzm sistemi xəstəlikləri olan insanlar üçün tövsiyə edilən hipoallergen dovşan əti.