“BakuBus” avtobuslarının yarışması ilə bağlı AÇIQLAMA
18:19 SosialSosial şəbəkələrdə paytaxt yollarında "BakuBus"a məxsus iki avtobusun sürətlə və məsafə saxlamadan hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, kadrlar Səbail rayonu, Salyan şosesində qeydə alınıb. Görüntülərdə avtobusların biri digərini təhlükəli şəkildə ötərək həm sərnişinlər, həm də digər sürücülər üçün real təhlükə yaratdığı görünür.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə rəsmi sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, 149 və 72 nömrəli marşrut xətləri üzrə çalışan nəqliyyat vasitələri barədə yayılan məlumatlar şirkətin aidiyyəti üzrə şöbəsi tərəfindən araşdırılır.
"Hazırda araşdırma aparılır və nəticələr ictimaiyyətə təqdim olunacaq", - deyə qurumun cavabında qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31