"Ana olmaq istəyirəm"

Türkiyəli müğənni Hadisə ana olmaq istədiyini bildirib.

Milli.Az xəbər verir ki, o, son müsahibəsində artıq bu hissə tam hazır olduğunu deyib. Müğənni "Dünya getdikcə çətinləşir, amma bu qaranlıqda işıq saçacaq bir uşaq gətirmək istəyirəm" - deyə qeyd edib.

Hadisə övladını şou-biznesdən uzaq saxlamaq və onunla daha çox vaxt keçirmək istədiyini vurğulayıb:

"Bilirəm ki, ana olmaq məni başqa bir qadına çevirəcək".

Xatırladaq ki, Hadisə ötən il iş adamı Mehmet Dinçerlerlə ailə qurub, lakin qısa müddət sonra ayrılıb. Sonralar onun adı Mərd Ayaydın və rejissor Şenol Sönmezlə hallanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31