Ötən il yol hərəkəti qaydalarının pozulmasına görə 227 milyon manat cərimə yığılıb

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan cəmi 380,1 milyon manat daxil olub.

Hesablama Palatasından Teleqraf-a verilən məlumata görə, bu vəsaitin 277,7 milyon manatı və yaxud 73,1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə yönəldilməklə, həmin qurumların
büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə istifadə olunub.

Qeyd edək ki, qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və
cərimələrin 81,7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin payına düşüb. Beləliklə, 380 milyon manatın 227 milyon manatı yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31