İsraildən Azərbaycana turist gəlişi 2 dəfə artdı

Bu ilin ilk yarısında Azərbaycana 23 534 İsrail vətəndaşı səfər edib.

Bu barədə Axar.az-a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Ötən il ölkəmizə gələn İsrail vətəndaşlarının sayı 28 955 nəfər təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31