Tikintiyə icazə üçün hansı quruma müraciət edilməlidir?- ÖZƏL

Hazırda ölkədə tikinti obyektləri ilə çoxsaylı qanunsuzluqlar mövcuddur. Buna səbə olan amillərdən biri də sifarişçinin tikintiyə icazə üçün hansı orqana müraciət etməsi və hansı sənədlərin təqdim edilməsilə bağlıdır. "Olaylar" xəbər verir ki, Bakı şəhər inzibati ərazisində tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı yerli icra orqanlarına müraciət olunmalıdır.
Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə tikintiyə icazə verən orqana müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətinə əsaslandırılmış cavab verilməlidir.

Bəs tikintiyə icazə almaq üçün ərizəyə hansı sənədlər əlavə olunmalıdır?
Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə istinad olaraq, sifarişçi tikintiyə icazə almaq üçün Bakı şəhər inzibati ərazisində olduqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda olduqda yerli icra orqanına müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur.
Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
Tikinti layihəsi;
Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31