Enerji içkilərini bu qidalarla birlikdə İÇMƏYİN: Həkim görün hansı təhlükələrdən danışdı

Bir çoxlarının yorğunluq üçün zərərsiz hesab etdiyi enerji içkiləri əslində sağlamlığa ciddi təhlükə yaradır. Çünki onların daimi istehlakı ürək və əsəb sisteminə mənfi təsir göstərir, xüsusilə də hamilə qadınlar və xroniki xəstəlikləri olan insanların sinir sisteminə mənfi təsir göstərir.

Belə bir xəbərdarlıqla biotexnoloq və kimyaçı alim Aleksey Panov çıxış edib.

Mütəxəssisin sözlərinə görə, bu cür içkilərdə yüksək miqdarda kofein, taurin və şəkər olması ürək-damar və sinir sistemlərinə açıq şəkildə təsir edir, təzyiqin qalxmasına, yuxu pozğunluğuna, narahatlıq və hətta panik ataklara səbəb ola bilər. Panov qeyd edib ki, enerji içkilərinin təsiri mərkəzi sinir sistemini stimullaşdırmaqla əldə edilir, lakin orqanizm əlavə enerji qəbul etmir, yalnız öz ehtiyatlarını istifadə edir. O bildirib ki, enerji içkilərinin bir sıra məhsullarla birləşdirilməsi riskləri kəskin şəkildə artırır.

Mütəxəssis enerji içkilərinin spirtli içkilərlə birlikdə istifadəsini ən təhlükəli addım adlandırıb. Panov xəbərdarlıq edib ki, alkoqol depressant, enerji içkiləri isə stimullaşdırıcı kimi çıxış edir və belə əks-təsir insanın sərxoşluq dərəcəsini hiss etməməsinə, içməyə davam etməsinə və nəticədə ağır intoksikasiyaya səbəb ola bilər.

Bundan əlavə, mənbə enerji içkilərinin qəhvə, çay, şokolad və digər kofein mənbələri ilə birlikdə istehlak edilməsini də son dərəcə arzuolunmaz hesab edib. Çünki bu, həddindən artıq dozaya, taxikardiyaya və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Mütəxəssis diqqətə çatdırıb ki, yağlı qidalar öz növbəsində enerji içkilərinin təsirini gözlənilməz edir və qaraciyərin yükünü artırır, sitrus şirələri isə mədəni qıcıqlandırır.

Panov əlavə edib ki, süd məhsulları bu içkilərin aqressiv təsirini qismən azaldır, lakin kofeinin sorulmasını ləngidir.  (Publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31