Xaricdə təhsil almış şəxslərin diplomların Azərbaycanda Tanınması üçün nə etməli?- ÖZƏL

Hər bir xaricdə təhsil almış tələbə ölkə ərazisinə qayıtdıqda həmin ali məktəbin diplomunu tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir. Bu, Azərbaycanda tədris olunan ixtisaslarla bərabər, bir növ oxşar olması kimi başa düşülür. Əks halda tələbə əldə etdiyi diplomu Azərbaycan ərazisində qanunla tanıtmayıbsa (nostrifikasiya olunmayıbsa) keçərsiz sayılır və əmək fəaliyyətini icra etməkdə bir çox problemlərlə qarşılaşa bilir. Lakin bəzi özəl sektorlar gənclərin xarici diplomunu tanınmama olmadan belə qəbul edirlər. Bu mövzuda xarici diplomunu almış tələbə özü qərar verməlidir. Lakin tələbə dövlətlə bağlı qurum və ya nazirlikdə işləməyi planlayırsa bu məsələyə çox ciddi yanaşmalıdır. Bəs xarici diplomların tanınması üçün ərizəçilər nə etməlidir?
Vəkil Rövşən Qasımov "Olaylar"a bildirib ki, şəxs xaricdə təhsil alıb Azərbaycanan  qayıdarkən, xüsusilə Ukrayna , Rusiya, Polşa, Türkiyə və s. bu kimi ölkələrdə təhsil almış tələbələrin diplomu həmin ölkədə apostil olunmalı və ya leqallaşdırılmalıdır. Bəs Apostil nədir? Bir ölkənin ərazisində verilmiş hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin 2 növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırılması. Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin verilməsi və leqallaşdırma arasında fərq nədir? Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqinin tələb edir. Leqallaşdırma:
• sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur
• leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.
Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 5 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.
Ölkəyə qayıtdıqdan sonra namizədlər diplom və əlavəni, lazimi digər sənədləri Azərbaycan dilinə çevirib notarial qaydada təsdiq etdirib Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) diplomun tanınması ilə bağlı (nostrifikasiya olunması ilə bağlı) online müraciət etməlidirlər. Qeydiyyat elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daimi olaraq istifadə edilən olmalıdır. Belə ki, qeydiyyat zamanı təqdim olunan əlaqə vasitələrinə ərizələrlə bağlı mütəmadi olaraq məlumat göndərilməkdədir. Lakin ərizəçilər sənədlərini Agentliyə mail vasitəsi ilə deyildə, TKTA-nin "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)" üzrə Elektron Ərizə Sisteminə https://apply.enic.edu.az/default.aspx daxil olub qeydiyyatdan keçməlisiniz. Əks halda sizin elektron poçt vasitəsi ilə göndərdiyiniz sənədlərə baxılmayacaq.
Tanınmada mübahisə yaranarsa artıq məhkəmə davası açmaq yolu qalır.
 Xarici diplomların məhkəmələrdə tanınması qaydaları.
Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib.
Azərbaycan Respublikası Ali Məhkəməsi, xaricdə alınan bakalavriat təhsilinin Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı mühüm bir qərar qəbul edib. Qərarda aşağıdakı əsas məqamlar qeyd edilib: Xarici diplomların tanınması yeni qaydalar
Qiyabi Təhsilin Uyğunluğu: Xaricdə alınan bakalavriat təhsilinin, Azərbaycan Respublikasının müvafiq təhsil standartlarına uyğunluğu müəyyən edilməlidir. Təhsil alınan ölkədəki tədris müddəti, tədrisin yükü və yerinə yetirilməsi qaydası nəzərə alınmalıdır.
Təhsil Forması və Tələblər: Qiyabi və distant təhsil formaları arasında fərqlər var. Xaricdə alınan qiyabi təhsilin Azərbaycanda tanınması üçün ölkəmizdəki müvafiq tələblərə uyğun olması vacibdir.
Tədris Yükü və Auditoriya Dərsləri: Azərbaycan Respublikasında qiyabi təhsil müvafiq tədris yükünün yerinə yetirilməsi və müəyyən müddətlərdə auditoriya dərslərində iştirak tələb edir. Xaricdə alınan təhsil, bu əsas standartlara uyğun olmalıdır.
Distant Təhsil Texnologiyaları: Xaricdə distant təhsil texnologiyalarından istifadə olunsa da, bu, Azərbaycan Respublikasının qiyabi bakalavriat təhsili üçün müəyyən edilmiş əsas prinsiplərə uyğunluq baxımından qiymətləndirilməlidir.
Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir.
Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.
Diplom təsdiqi üçün sənədlər
Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.
Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. 
Həm bakalavriat, həm də magistratura  üzrə diplomların tanınması üçün müraciət zamanı tələb olunan sənədləri təqdim edirik:
Bakalavriat:
• ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
• ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
• ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
• ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
• şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
• ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
• hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].
• Bununla yanaşı  təhsil müəssisəsinə k öçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.
Bununla yanaşı  təhsil müəssisəsinə köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti(skan) tələb olunur.
Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda - həmin diplomun elektron surəti(skan) tələb olunur.
Magistratura:
• ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
• ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
• ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
• ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
• bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom) elektron surəti [skan];
• şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
• ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
• hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].
Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır.
Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.
Qeyd edək ki, tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə yüklənilməlidir. Diplom yoxlamaqBu xidmət Ali və Orta-ixtisas təhsil pillələri üzrə təhsilini bitirən və təhsil sənədini alan tələbələrin myGov.az portalı üzərindən bitirdikləri təhsil barədə arayışın alınmasına,eləcə də dövlət qurumları tərəfindən təhsil sənədinin həqiqiliyinini onlayn yoxlamasına kömək edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31