Filipp Kirkorov: “Kridin konsertində gördükləriniz şou-biznesin bir hissəsidir” - ÖZƏL
5 Sentyabr 10:44 SosialOlaylar.az xəbər verir ki, avqustun 30-da "Lujniki"də keçirilən Yeqor Kridin konsertində səhnədə baş verən hadisələr cəmiyyətdə müzakirələrə səbəb olub. İfaçının səhnədə rəqqasə ilə öpüşməsi və pilon üzərində nümayiş olunan rəqs nömrələri bir çox valideynlərin etirazına səbəb olub. Onlar azyaşlı uşaqların da izlədiyi konserti "əxlaqsızlıq" adlandıraraq şikayətlər ünvanlayıblar. Hazırda məsələ ilə bağlı Rusiya İstintaq Komitəsi araşdırma aparır.
Məsələyə konsertdə iştirak edən Rusiyanın estrada kralı Filipp Kirkorov münasibət bildirib. O, həmkarını müdafiə edərək bunun şou-biznesdə adi hal olduğunu deyib:
"Bu var idi, var və olacaq da. Madonnadan tutmuş Elvisə qədər - bu şou elementidir, obrazın bir hissəsidir. Tamaşa rəngarənglik tələb edir, Yeqor da məhz belə görürdü. Hər şey ölçü ilə və zövqlə təqdim olunub", - deyə Kirkorov TASS-a açıqlamasında vurğulayıb.
Sənətçi həmçinin narazılara müraciət edərək bildirib: "Xoşunuza gəlmirsə, baxmayın."