"Telegram" hücumları ilə bağlı araşdırma başladılıb - RƏSMİ

"Telegram" mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

Trend xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz.

Link: https://cert.gov.az/az/articles/telegram-istifadecilerine-qarsi-heyata-kecirilen-kiberhucumun-ilkin-tedqiqati

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31