Dələduzlar "telegram"da elə üsuldan istifadə edirlər ki, ağlınızın ucundan belə keçməz
4 Sentyabr 08:29 Sosial"Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur...
Xəzər TV bildirir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib, diqqətli olmağa çağırıb.
Bildirilib ki, yeni dələduzluq halları son zamanlarda daha çox artıb. Dələduzlar insanlara guya öz foto və videolarını göndərirmiş kimi çaşdırıcı üsullardan istifadə edirlər. Kiberdələduzlar daha da inandırıcı olması üçün cəlbedici cümlələrdən istifadə edirlər.
Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam etdirilir. Yəni bu proses zəncirvari davam edir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edir.