Qubadlıda rayon adı kiril əlifbası ilə yazılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qubadlı rayonunun ərazisində "Qubadlı" sözü kiril əlifbası ilə yazılıb. Hadisə rayon sakinləri və ərazidən keçənlərin diqqətini cəlb edib.

Qeyd edək ki, Azərbaycan Respublikasında bütün rəsmi yazılar yalnız latın qrafikası ilə aparılır. Kiril əlifbasından istifadə artıq uzun illərdir ki, qanunvericilikdə nəzərdə tutulmayıb. Qubadlı rayonu ərazisindəki yazının hələ də dəyişdirilməməsi ( və ya işğaldan azad olunduqdan sonra rayonun adının kirilcə yazılması) isə təəccüb yaradır.

Qubadlı 2020-ci ildə işğaldan azad olunub və hazırda rayonda bərpa-quruculuq işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31