Ekoloqdan su ilə bağlı həyəcanlı açıqlama: “Yaxın 30 ildə...”
1 Sentyabr 10:54 Sosial"Antropogen təsir ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevrilib. İnsanın təsərrüfat fəaliyyəti biosferə birbaşa və ya dolayı yolla təsiri edir. Antropogen təsir gücünə görə yalnız geoloji proseslərlə, miqyasına görə isə biosferdə baş verən maddələr və enerji dövranı ilə müqayisə edilə bilər". Bu sözləri olaylar.az-a açıqlamasında Ekorise Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev deyib. Onun sözlərinə görə, hazırda ekoloji tarazlığın pozulması bəşəriyyəti ekoloji böhran vəziyyətindən çıxma yollarını axtarmağa məcbur edir.
"Təbii ehtiyatlardan istifadə, su torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumibəşəri problemə çevrilib. Dünyada istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatlatın tükənməsi kimi narahatlıq doğuran məsələlər ilə bağlı fəaliyyətlər genişlənir. Beyni mərkəzləri problemdən çıxış yolları arayır. Atmosfer havasının çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vastəsidir. Artıq bir çox inkişaf etmiş ölkələrdə təbii resurslardan qənaətlə istifadə edilir, habelə ətraf mühitin mühafizəsı məqsədi ilə enerji effekliyinin təkmilləşdirən texnologiyalar tətbiq eidlir. Davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal və s) istifadə geniş miqyas almışdır"-deyə, o, vurğulayıb.
Ekoloq bildirib ki, su ehtiyatları tükənən sərvət olduğundan onun səmərəli idarə olunması şox vacibdir:
"Belə ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nın 2030 Davamlı İnkişaf Məqsədlərinə, təbii fəlakət risklərinin azaldılmasına dair Çərçivə Proqramına və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilib. Azərbaycan yaxın 30 ildə su stresi yaşayan ölkələrdən olacaq. Ona görə də ölkəmizdə su resurslarının idarə olunması təkmilləşdirilməli, sudan qənaətlə istifadə edilməsi üçün modern texnologiyalar tətbiq olunmalıdır".
Murad Musayev bildirib ki, ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantlarının, xüsusi ilə də plastik tullantların düzgün idarə olunmaması ilə bağı yaranan problemlərdir.
Onun sözlərinə görə, plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.
Ekoloq hesab edir ki, təbii resurslardan daha səmərəli istifadə etmək yolu ilə ətraf mühitin təmiz saxlanması və yaxşılaşdırılması, məhz tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsi vacibdir.