Zorakılıq iddialarından sonra serialdan qovuldu
27 Avqust 18:46 SosialZorakılıq iddialarından sonra NTC Medya prodüserlik şirkəti aktyor Tayanç Ayaydın ilə yollarını ayırıb.
Musavat.com xəbər verir ki, "Mən Ləman" serialında "Ümumi Cərrah Dəmir"ı canlandıracaq aktyoru başqa həmkarı əvəz edəcək.
Qeyd edək ki, aktrisa Doğa Lara Akkaya 2022-ci ildə eyni serialda rol aldığı Tayanç Ayaydının göndərdiyi mesajları sosial şəbəkədə paylaşaraq "O, məni davamlı olaraq şifahi və yazılı şəkildə sıxışdırırdı. Bunları çəkiliş bitdikdən sonra yazdı" sözlərini əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31