Bu halda sosial ödənişlərdən məhrum olacaqsınız
12:12 SosialŞəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmir. Son günlər bununla bağlı müraciətlərin sayı artıb.
Olaylar.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib.
O bildirib ki, Fondun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır:
"Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil. Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31