Medianın İnkişafı Agentliyi jurnalist Rüstəm Qaraxanlının vəfatı ilə bağlı başsağlığı verib
11:16 SosialOlaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Rüstəm Qaraxanlının vəfatı ilə bağlı başsağlığı verib.
Agentliyin açıqlamasında mərhumun vəfatından dərin kədər hissi keçirildiyi vurğulanıb:
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Rüstəm Qaraxanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Rüstəm Qaraxanlı uzun illər Azərbaycan mediasında fəaliyyət göstərib və jurnalistika sahəsinə mühüm töhfələr verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31