Xərçəng xəstəliyi qlobal biznes proyektidir- ÖZƏL

"Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən, ürək-damar xəstəliklərindən sonra xərçəng xəstəliyi insan ölümünə səbinə görə ikinci yerdədir. Düşündürən odur ki, danılmaz statistik məlumatlara baxmayaraq, xərçəng Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində icbari sığortaya siyahısına əlavə edilmir. Təkcə bu fakt sübut edir ki, xərçəng xəstəliyi və onunla bağlı nə varsa qlobal biznes proyektidir". Olaylar xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Xərçəng xəstəliyinin icbari sığortaya daxil edilməməsi həddindən artıq maddi xərclə izah edilir. Belə çıxır ki, imkanı olanlar müalicə alır, kasıblar gecikdirir və ya müalicəni dayandırır və maddi imkanslzlıq ölümlə nəticələnir. Qeyd edilən nəticə, yəni maddi xərc insan həyatında üstün tutulursa bu həm sosial, həm mənəvi və  həm də əxlaqi baxımından insanlıq prinsipindən çox uzaq yanaşmadır.



Bu yanaşma həm də Azərbaycan Konstitusiyasına tam zidd mövqedir. Azərbaycan Konstitusiyasında dövlətin vətəndaşların sağlamlığını qoruma öhdəliyi açıq şəkildə təsbit edilib.  Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 41- Sağlamlığın qorunması hüququ:
-Hər kəsin sağlamlığını qorumaq hüququ vardır.
-Dövlət, sağlamlığın qorunmasını təmin etmək üçün müxtəlif tədbirlər görür. Yəni, dövlət pulsuz tibbi yardımın əsas növlərini təmin etməlidir. Qısa desək, dövlət vətəndaşların sağlamlığını qorumaq üçün hüquqi və maliyyə təminatları yaratmağa borcludur.
Göründüyü kimi, vətəndaşların sağlamlığının qorunması dövlətin öhdəliyidir. Konstitusiya dövlət qarşısında ümumi öhdəlik qoyur, ancaq tətbiq mexanizmi-İcbari Tibbi Sığorta bu hüququ məhdudlaşdırır, yəni İTS (paketi) dövlətin əsas qanunu Konstitusiyaya açıq və inkaredilməz ziddiyyət təşkil edir. Açıq qalan sual isə budur: səbəb nədir ki, xərçəng xəstəliyi icbari tibbi sığorta paketinə əlavə edilmir?!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31