Bu il məktəblər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR

Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin "start" götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in "start" götürməsi ilə daha da çıxılmaz hal ala bilər.

Paytaxtda bununla bağlı hansı çətinliklər olacaq? Bu məsələnin həlli istiqamətində hansı addımlar atıla bilər?

Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasında bu sualları cavablandırıb.

"Bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı məlumat yoxdur. Lakin bu dövrdə çox böyük çətinlik olacaq. Çünki Formula-1 yarışının başlama tarixinin, eyni zamanda məktəb və ali təhsil müəssisələrində dərslərin "start" götürəcəyi günlərin üst-üstə düşməsi hər halda böyük bir sıxlıq və çətinlik yaradacaq.

Mənim fikrimcə, bu böyük bir problem olarsa, dərslərin sentyabrın 20-də başlanması barəsində sərəncam da verilə bilər. Bu daha məntiqli olar. Çünki bu qədər qarmaqarışıq bir vəziyyətin yaranması həqiqətən də arzuolunan deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31