Diplomlu olmaq yüksək gəlir demək deyil- ÖZƏL

"Son illərdə Azərbaycanda bəzi peşələrin qazancı  Ali  diplom səviyyəsinə sahib olan şəxslərdən  olduqca yüksəkdir". Olaylar xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Məsələn, bir kamera ustası 7 kameranın quraşdırılması üçün cəmi 400 manat alır. qapı-pəncərə ustalarının çağırışı 60-70 manat civarındadır, santexnik və elektrik işçilərinin çağırışı hər biri isə ortalama 100 manat alır.  Digər tərəfdən, əgər bir toyda zəif səviyyəli müğənnini dəvət etsəniz, bir saat üçün 2.000 manat ödəmək lazım gəlir. Buradan görünür ki, bəzi peşələr, hətta yüksək təhsil və diplom tələb edən sahələrdən fərqli olaraq, daha çox gəlir gətirə bilir. Nəticə etibarilə, diplomlu olmaq hər zaman yüksək gəlir demək deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31