"Süni intellekt vasitəsilə Şəhidlərimizi "danışdırıanlara"... TƏPKİ
23 Avqust 21:56 Sosial"Süni intellekt vasitəsilə Şəhidlərimizin "danışdırılmaları" heç yaxşı bir şey deyil. Hətta pisdir. Hətta və hətta iyrəncdir".
Turkustan.az xəbər verir ki, bu mövzuda təpkini politoloq Zaur Bayramlı sosial şəbəkə hesabında bildirib və ictimai diqqəti bu məsələyə yönəldib:
"Hər kəs öz ürəyindən keçənləri Şəhidlərimizə "dedirtməyə" qalxsa, ortalıqda DƏYƏR adına, MÜQƏDDƏSLİK adına heç bir şey qalmaz.
Şəhid ailələrimizin buna ciddi və qəti şəkildə etiraz etmələri lazımdır. Eyni zamanda, dövlətimizin Şəhid adının, Şəhidlik təsisatının qorunmasını təcili olaraq qanunvericilik çətiri altına alması lazımdır. Etməyin, eləməyin!!!
IP üçün, lənətə gəlmiş "layk" üçün DƏYƏRLƏRİMİZLƏ və DƏYƏRLİLƏRİMİZLƏ oynamayın, o ailələrin onsuz da qapanmayan yaralarının qaysaqlarını murdar dırnaqlarınızla qoparmağa çalışmayın".