Övladlarımıza düzgün istiqamət göstərməliyik- ÖZƏL

"Texnologiya övladlarımız ın həyatında mühüm yer tutur, amma ondan necə istifadə etməyi öyrətmək bizim - valideynlərin, müəllimlərin və bütün cəmiyyətin üzərinə düşür. Hər bir şəkil, hər bir paylaşım gələcəkdə uşaqların həyatına təsir edə bilər. Buna görə də biz birlikdə onlara internet mədəniyyətini, şəxsi məxfilik və sərhəd anlayışlarını aşılamağa borcluyuq".Olaylar xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi nəzdində Uşaqların Müdafiə İdarəinin rəis müavini Günel Səfərova deyib:

"Uşaqlar təkcə ailədən deyil, yaşadığı mühitdən də örnək götürürlər. Ona görə də hər birimiz davranışlarımızla onlara nümunə olmalı və düzgün istiqamət göstərməliyik. Texnologiyadan istifadə qaydaları yaşa uyğun və izahlı şəkildə öyrədilməlidir. Qadağalar deyil, maarifləndirmə övladlarımızı qoruyan əsas vasitədir. İctimai dəstək olmadan heç bir valideyn övladını tam təhlükəsiz qoruya bilməz. Cəmiyyət olaraq uşaqlarımızı gələcəyə hazırlamaq, onlara sağlam dəyərlər aşılamaq hamımızın vəzifəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31