Bu Mərkəzə 700-dən çox abituriyent və subbakalavr müraciət edib

Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə 11-19 avqust 2025-ci il tarixlərində aparılan ixtisas seçimi günlərində ümumilikdə 718 abiuriyent və subbakalavr müraciət edib.

"Olaylar.az" xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlara elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərilib. Mərkəzə telefonla daxil olan sorğular da cavablandırılıb.

Qeyd edək ki, mərkəz, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılıb və artıq 8 ildir ki ödənişsiz əsaslarla fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin boş qalan plan yerləri və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyent və subbakalvrlar da Dövlət İmtahan Mərkəzinin elan edəcəyi ixtisas seçimi günlərində mərkəzə müraciət edə biləcəklər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Tel.: (+99412) 431 41 17.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31