Bir qədər vacib persona olduqlarına kim inandırıb onları?- ÖZƏL

"Nə qədər görməzdən gəlirsən, bəzən vecsiz olmaq istəyirsən, amma bəzən də heyrətdən susa bilmirsən. Biri yaşlandıqca soyunur, biri dələduzluq edir, biri iş gördüyü adamları aldadıb pulunu ödəmir. Biri kirayə ev-maşınla poz verib cəmiyyəti aldatmağa çalışır. Biri əməliyyat zamanı rəqs edir, bu azmış kimi çəkib paylaşır.  Sonra da məlum olur ki, "Dost Estetik Mərkəzi"ndə liposaksiya əməliyyatını icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub. Bir deyil, iki deyil. Sonra da araşdırmalar başlayır. Daha sonra Prezidentə bağışlanma müraciətləri, yalvar-yaxar...  Burda yaxşı deyiblər  ey "yetim qızsan, qıvrıl yat" da". Olaylar" xəbər verir ki, bunu Əməkdar jurnalist Mətanət Ağamirli deyib: "Allahdan, qanundan qorxu yox, hürkü yox!  Bu qədərmi manqurtlaşmısınız: Qocaldıqca lüt görsənmək? Özünüzü dəyişib oranızı-buranızı kəsdirməklə, şişirtməklə gəncləşmək? Haram və başqalarının pulları ilə  poz vermək? Çox pul qazanmaq üçün işverənliklə məşğul olmaq və ya həkim olmadan əməliyyatlara girmək? Ağıl, şüur deyilən bir şey var axı... 
Bu  savadsız, cahil saxta həkimciklər, özünü apara bilməyən müğənniciklər, qeyri-ciddi adamlar, əxlaqdan-mənəviyyatdan kasadlar nə qədər ölkəni, gündəmi zəbt edəcəklər?  Bu buabırçılıqlarla gündəmdə olmaqdansa, sıradan bir  kasıb kimi yaşamaq daha şərəfli deyilmi?  Gərək hamınız populyar, milyoner olasınız, model kimi görünəsiniz?  Heç düşünmürsünüzmü ki, olmalı olduğunuz  yerdə-mövqedə bərqərar edilmisiniz. Anlamayanda, çaşanda yaşamınızın axarı dəyişir. Bunu başa düşmək üçün diploma ehtiyac yoxdur ki, ay insan!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31