"Mediatorların ilkin hazırlıq kursları"na start verildi- ÖZƏL

"Mediatorların ilkin hazırlıq kursları"nın yeni bir mərhələsinə start verilib. Olaylar xəbər verir ki, Mediasiya Şurasının təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən "ZOOM" platforması üzərindən onlayn şəkildə keçirilən təlimdə çıxış edən Nadir Adilov Mediasiya Şurasının fəaliyyətindən, mediatorların fəaliyyət prinsiplərindən, intizam və mediatorun etik davranış qaydalarından söz açıb, sonda hər bir namizədə uğurlar arzulayıb.
Ümumi 29 nəfər mediator olmaq üçün müraciət etmiş namizədin iştirak etdiyi təlimlər 2 qrup üzrə təşkil edilmişdir. Kurslarda təlimçi qismində Rafael Cabbarov, Günel Sadıqova, İlham Fərzəliyev və Natiq Məmmədov çıxış edirlər.
Qeyd edək ki, kursların keçirilməsində əsas məqsəd mediatorların baza biliklərini formalaşdırmaq, mediasiya sahəsində ilkin nəzəri və praktiki biliklərə yiyələnmələrini təmin etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31