Əlilliyi olan şəxsin həyat yoldaşı yoxdursa minik avtomobili necə rəsmiləşdirilir?- ÖZƏL

Əlilliyi olan şəxs vəfat etdikdə dövlət tərəfindən ona verilmiş minik avtomobilinin rəsmiləşdirilməsi qanunvericiliklə müəyyən edilir. Bəs, əlilliyi olan şəxs vəfat etdikdə dövlət tərəfindən ona verilmiş minik avtomobili vətəndaşın həyat yoldaşı yoxdursa necə rəsmiləşdirilir? Olaylar Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə istinadən xəbər verir ki, bunun üçün bir sıra sənədlərin təqdim edilməsinə ehtiyac var. Szügedən sənədlər aşağıdakılardan ibarətdir: 
 Pulsuz minik avtomobili almış əlilliyi olan şəxsin notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnaməsinin surəti;
Minik avtomobilin notarial qaydada təsdiq olunmuş texniki pasportunun surəti;
 Notarial qaydada təsdiq olunmuş Varislik haqqında arayış;
 Avtomobil mülkiyyətinə keçiriləcək varisin ərizəsi;
 Avtomobil mülkiyyətinə keçiriləcək varisin şəxsiyyət notarial qaydada təsdiq olunmuş vəsiqəsinin surəti;
 Digər varislərin notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqələrinin surəti və razılıq ərizələri. Yalnız sadalanan sənədlər təqdim edildikdən sonra mink avtomobilinin rəsmiləşdirilməsi mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31